Qubanın məscidində bomba həyəcanı - Daxili Qoşunlar çağırıldı
Kateqoriya məlum deyil
Yanvarın 15-də Quba Cümə məscidinə bomba qoyulması haqqında polisə məlumat daxil olub.
Sfera.az azadliq.org-a istinadən xəbər verir ki, məscidin yerləşdiyi əraziyə Daxili Qoşunların, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hazırda məscidə partlayıcı qoyulub-qoyulmaması araşdırılır.
Cümə məscidindəki bugünkü namaz təxirə salınıb. Dindarlar başqa məscidlərə yönləndirilib.






