Daha bir koronavirus xəstəsi saxlanıldı
Kateqoriya məlum deyil
Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az- verilən məlumata görə, rayon sakini Əlvanə Məmmədovaya koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Ə.Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.






