Logo

Yaqub Mahmudov daha bir vəzifəsini itirdi

Yaqub Mahmudov daha bir vəzifəsini itirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
AMEA-nın Tarix İnstitutunun baş direktoru Kərim Şükürov akademik Yaqub Mahmudovu qurumun "Orta əsrlər tarixi” şöbəsinin müdiri vəzifəsindən azad edib.

Sfera.az Konkret.az-a istinadən xəbər verir ki, Yaqub Mahmudovun yerinə tarix elmləri doktoru Tofiq Nəcəfli təyin edilib.

Hazırda Y.Mahmudov 2 vəzifə daşıyır. O, AMEA-nın prezidenti Ramiz Mehdiyevin müşaviri və BDU-nun Tarix fakültəsinin "Qədim dünya və orta əsrlər tarixi” kafedrasının müdiridir.

Qeyd edək ki, bu ilin yanvarında Ramiz Mehdiyev Y.Mahmudovu Tarix İnstitutunun direktoru vəzifəsindən azad edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR