Hansı halda tək şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə bilərik? - RƏSMİ CAVAB

Hansı halda tək şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə bilərik? - RƏSMİ CAVAB
Azərbaycan vətəndaşları üçüncü ölkədən Türkiyəyə biometrik şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilməyəcəklər.

Sfera.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. Onun sözlərinə görə, üçüncü ölkədən Türkiyəyə səfər edən şəxslər mütləq şəkildə ümumvətəndaş pasportundan (xarici pasport) istifadə etməlidir:

"Vətəndaşlar biometrik şəxsiyyət vəsiqəsi ilə yalnız Azərbaycandan Türkiyəyə səfər edə biləcəklər. Azərbaycan vətəndaşı Türkiyədən üçüncü ölkəyə yaxud üçüncü ölkədən Türkiyə ərazisinə keçid etmək istədikdə, mütləq şəkildə ümumvətəndaş pasportundan istifadə etməlidir”.

Qeyd edək ki, bu gündən etibarən Azərbaycan və Türkiyə vətəndaşları biometrik şəxsiyyət vəsiqələri ilə hər iki ölkə ərazisinə səfər edə və orada 90 gün qala bilərlər. Bu halda hər iki ölkə vətəndaşlarına məxsus sərhədkeçmə sənədləri - şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu (xarici pasport) ölkə ərazisinə giriş tarixindən etibarən ən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdır.

OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv etdi

“Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cəmiyyət) lisenziyası ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə A...

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...