Logo

ÜST və bu ölkələrdən xəbərdarlıq: Ən böyük çağırış...

ÜST və bu ölkələrdən xəbərdarlıq: Ən böyük çağırış...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri və bir sıra dünya lideri qlobal pandemiyalara hazırlığın artırılması üzrə beynəlxalq müqavilənin hazırlanmasına çağırıblar.

Sfera.az xəbər verir ki, onların bəyanatında COVİD-19 pandemiyasının "hər kəsin müdafiə olunmayacağına qədər heç kəsin özünü təhlükəsiz hiss edə bilməməsinə" xəbərdarlıq olduğu bildirilir.

Bəyanatı ÜST-nin Baş direktoru Tedros Qebreyesusla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, Portuqaliya, Ukrayna, Çili, Keniya, İndoneziya və Cənubi Koreya də daxil olmaqla, 20-dən çox ölkənin liderləri imzalayıblar.

Onlar koronavirus pandemiyasını İkinci Dünya müharibəsindən sonra qlobal ictimaiyyətə "ən böyük çağırış" adlandırıblar və bəşəriyyəti yeni pandemiyalar və səhiyyə sahəsində yeni fövqəladə halların gözlədiyini vurğulayıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR