Logo

Müharibə əlillərinə verilən təqaüdlə bağlı yeni QƏRAR

Müharibə əlillərinə verilən təqaüdlə bağlı yeni QƏRAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”na dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd” maddəsinə müharibə ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən olunmuş şəxslərə təsis edilmiş təqaüdün ödənilməsi ilə bağlı xərclər daxildir.

Bununla əlaqədar, Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatının "Təqaüdlər” paraqrafına yeni bənd əlavə edilib. Bu paraqrafa müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilən təqaüd xərcləri daxil edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR