Bakıda lisey də COVID-19-a görə iki həftəlik bağlanır
Kateqoriya məlum deyil
Bakıda daha bir təhsil müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçir.
Sfera.az xəbər verir ki, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyində oxuyan şagirdlərin valideynlərinə bununla bağlı məlumat verilib.
Liseyin direktoru Nasim Abışov isə açıqlamasında təhsil ocağında yoluxma faktlarının olduğunu təsdiqləyib:
"Hazırda Gigiyena və Epidemiologiya Mərkəzinin karantin müddətinin verilməsi ilə bağlı rəyi gözlənilir”.
(report)






