Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
Cəbrayıl və Füzulidə aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 5 hərbi qulluqçusunun meyiti aşkarlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, bununla da noyabrın 13-dən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan axtarışlar zamanı meyiti tapılan ermənilərin sayı 1 523 nəfərə çatıb. Axtarışlar yaxın günlərdə davam etdiriləcək.






