Logo

Goranboyda kafe sahibi və müştəriləri cərimələnib

Goranboyda kafe sahibi və müştəriləri cərimələnib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında  gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Obyekt sahibi İlkay Abdullayev və 5 nəfər müştəri saxlanılaraq RPŞ-yə  gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR