Rusiyadan Ağdamdakı mərkəzlə bağlı açıqlama
Kateqoriya məlum deyil
Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə Mərkəzinin yaradılması qarşılıqlı məqbul həll yollarının əldə edilməsi üçün lazımi şərait yaradıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət İcmalında deyilir.
Qeyd edilib ki, Rusiya sülhün bərpasında və Dağlıq Qarabağda humanitar vəziyyətin normallaşması üçün şərait yaradılmasında əsas rol oynayıb.
"Rusiya və şəxsən Vladimir Putin sentyabr-noyabr aylarında Dağlıq Qarabağda kəskin qan tökülməsinin aradan qaldırılmasında əsas rol oynayıb. 9 noyabrda Rusiya, Azərbaycan və Ermənistan liderləri atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə Bəyanat qəbul ediblər. Dağlıq Qarabağ münaqişə zonasında tərəflərin təmas xətti və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirili, beynəlxalq humanitar yardım mərkəzi yaradılıb”, - məlumatda bildirilib.






