“Qadınları feminizmə siz, kişilər sürükləyirsiniz” – Pərvin Abıyeva
Kateqoriya məlum deyil
"Kişilər həyatımızda böyük rol oynayır, dəyər veririk, amma gün keçdikcə özlərini sahibimiz zənn edirlər".
Sfera.az xəbər verir ki, bunu tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında ötən gün sevgilisi tərəfindən öldürülən Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Musayeva Pərvinlə bağlı xəbərə reaksiya verərkən qeyd edib.Aktrisa həmçinin Bakıda 62 yaşlı Hacıağa Salmanovun 35 yaşlı qızı Gülnar Salmanovaya zəhərli iynə vuraraq öldürməsi ilə bağlı da fikirlərini izləyiciləri ilə bölüşüb. Pərvin feminist olmadığını vurğulayıb:
"Amma bu qətlləri gördükcə onlara haqq qazandırmağa başlayıram. Nə yazıq! Qadınları feminizmə siz kişilər sürükləyirsiniz”.
Öz övladına zəhərli iynə vurub öldürmək nə deməkdir axı?! Allah bizə dil, şüur, beyin verib ki, danışaq, bir-birimizi anlayaq. Tanrının bəxş etdiyi bu nemətlərdən istifadə etməyib, özündən əmələ gələni belə ucuz şəkildə öldürəcəksənsə, ən yüngül cəzan edam olmalıdır. Bəsdirin cavan-cavan qızların həyatını söndürdünüz. Səhvi olsa, belə onu yanlışdan döndərmək üçün bir çox metod var. Ölüm çıxış yolu deyil".






