Logo

Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirildi

Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə "Hər evdə bayramın dadı” adlı xeyriyyə aksiyası keçirilib.

Sfera.az xəbər verir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və könüllüləri veteranları, çoxuşaqlı və aztəminatlı ailələri Novruz bayramı münasibətilə təbrik ediblər. Hər ailəyə Novruz sovqatları və Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri təqdim olunub.

Xeyriyyə aksiyasında RAGB-nin fəalları və könüllüləri iştirak ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR