Logo

Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama

Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün saat 21.00 radələrindən başlayaraq "WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, yaranan problem lokal deyil, qlobal xarakter daşıyıb.

Qeyd olunub ki, dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Saat 22.00 radələrindən etibarən problem aradan qalxıb.

Qeyd edək ki, bu gün dünyanın bir sıra ölkələrində Feysbuka məxsus İstaqram sosial şəbəkəsində və "WhatsApp” mesencerinin işində problemlər yaranıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR