Emin Əmrullayev 10-11-ci siniflərlə bağlı qərardan danışdı - "Novruz bayramından sonra..."
Kateqoriya məlum deyil
Təhsil naziri Emin Əmrullayev "Facebook” canlı yayımında ali təhsil müəssisələrinin nə zaman açılacağı ilə bağlı sualı cavablandırıb.
Sfera.az-ın məlumatına görə, nazir vurğulayıb ki, universitetlər hazırda qismən də olsa açıqdır:
"10-11-ci siniflərlə bağlı isə pandemiyadan asılı olaraq qərar veriləcək. Biz istəyirik ki, hamı məktəbə getsin. Amma Novruz bayramından sonra rəqəmlərə baxmalı, Operativ Qərargahın müvafiq qərarlarını gözləməliyik”.
Nazir xahiş edib ki, heç kim bu istiqamətdə şayiələrə inanmasın: "Çalışın, nazirliyin və digər rəsmi məlumatlar əsasında öz həyatınızı planlaşdırasınız”.
Türkan
Sfera.az






