Məktəblərdəki psixoloq problemi necə həll olunacaq? - Nazir açıqladı
Təhsil naziri Emin Əmrullayev məktəblərdəki psixoloq problemlərindən söz açıb.
Sfera.az xəbər verir ki, onun sözlərinə görə, psixoloqlar məktəb tədrisində olduqca vacib rola malikdirlər:
"Məktəb psixoloqlarının sayı sinif komplektlərinin sayından asılı olan ştat vahididir. Düşünürəm ki, nazirlik olaraq bu istiqamətə daha çox diqqət ayırmalıyıq. Yəni təşəbbüslər və təkliflərlə çıxış etməyi boynumuza götürürük”.
Nazir psixoloqların əmək haqqından da söz açıb:
"Onların əmək haqları ilə bağlı nazirlik olaraq məsələ qaldıra bilərik. Amma ümumilikdə əmək haqqı məsələləri bir qədər başqa mövzudur. İnanıram ki, keyfiyyətli psixiloji xidmət qurumu olmalıdır. Məktəbdə psixoloji xidmət olduqca məsuliyyətli məsələdir. Bu, kifayət qədər ağır tənzimlənir. Bu mənada çalışırıq ki, daha keyfiyyətli mərkəzləşdirilmiş xidmət quraq. Yəni hər bir rayonda heç olmasa psixoloqlara metodik dəstəyin göstərilməsi, məktəb daxilində psixoloji mühitin ölçülməsi ilə bağlı alətlərin hazırlanması və.s bunu həyata keçirək”.
Türkan
Sfera.az






