Logo

Bakıdakı metro terroruna görə ömürlük cəza alan şəxs əfv edilib?

Bakıdakı metro terroruna görə ömürlük cəza alan şəxs əfv edilib?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May” və "Gənclik” stansiyaları arasında elektrik qatarında törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən şəxsin əfv edildiyi iddia olunub.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında həmin şəxsin də adının olduğu deyilir.

Lakin sonradan ad bənzərliyinin xətalı əlaqələndirildiyi anlaşılıb.

Belə ki, xəbərlərdə və sərəncamda adı keçən şəxs 1994-cü ildə törədilən partlayışa görə həbs edilən şəxs ilə eyni deyil.

Bakı metrosunda 1994-cü ildə baş verən hadisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin rəsmi internet səhifəsində detallı məlumat tapmaq mümkündür. Buradakı mətnə baxdıqda hadisənin Aslanov Azər Salman oğlu tərəfindən törədildiyi məlumatını əldə edirik.

Həmin şəxsin ad və soyadı əfv sərəcamındakı şəxslə eyni olsa da, ata adları fərqlidir. Yəni hadisəyə görə ömürlük həbs edilən şəxsin ata adı "Salman”, Prezidentin 18 mart 2021-ci ildə imzaladığı siyahıda ad və soyadı eyni olan şəxsin ata adı isə "Məhərrəm"dir.

Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və  Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc APA-ya açıqlamasında adı keçən iki şəxsin də ayrı-ayrı insanlar olduğunu, metro partlayışına görə həbs edilən şəxsin əfv edilmədiyini vurğulayıb.

Xatırladaq ki, 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 May” və "Gənclik” stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR