Logo

Evlərin özəlləşdirilməsində buraxılmış səhvlər - Azərbaycanda kişilər hegemonluğu necə ələ keçirdi?

Evlərin özəlləşdirilməsində buraxılmış səhvlər - Azərbaycanda kişilər hegemonluğu necə ələ keçirdi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan ailələrində kişilərin hegemonluğunun bir səbəbi də 1990-ci illərdə mənzillərin və evlərin özəlləşdirilməsində buraxılmış səhvlərdir.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı Zöhrab İsmayıl deyib. Onun sözlərinə görə,  həmin dövrdə aparılan özəlləşmədə mülkiyyətçi hüququ tam olaraq kişilərə verilib:

"Ailənin o biri üzvləri, yəni mənzildə qeydiyyatda olanlar bu prosesdə mülkiyyətçi ola bilmədilər və yalnız mənzilin satılması zamanı onların razılığı tələb olunur. Amma bir çox ölkələrdə, o cümlədən Ukraynada mənzillər özəlləşdirilərkən uşaqlar da daxil olmaqla qeydiyyatda olan bütün ailə üzləri payçı oldular. Yəni qız ərə getdi, qeydiyyatdan çıxdı, bundan sonra onun özəlləşdirilmiş evdə hər hansı hüququ yoxdur məsələsi istisna olunur. Çünki onlar hamısı özəlləşdirilmiş evlərin bərabər payçılarıdır”.

Ekspert vurğulayıb ki, əgər əilədə hər hansı mülkiyyət münaqişəsi baş verirsə, mənzil satılır və mülkiyyətçilər arasında bölünür:

"Ailə mülkiyyət münasibətlərində Azərbaycanla Ukrayna arasında bir mühüm fərq də var. Əgər bizdə ər və ya arvadın nikah müddətində əldə olunmuş mülkiyyətin satılmasına razılığı tələb olunursa, Ukraynada həm də alınmasında bu razılıq lazımdır. Bu məsələlər kiçik görünsə də, əslində ailə mülkiyyət münasibətlərində qadınların mövqeyini xeyli gücləndirir”.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR