Sabirabadda avtoqəza: 1 ölü, 3 yaralı
Kateqoriya məlum deyil
Sabirabad rayonunun Nizami kəndində ağır yol qəzası baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə Hacıqabul-Bəhramtəpə avtomobil yolunda qeydə alınıb.
"Kia" və "VAZ 2115" markalı avtomobillərin toqquşduğu avtoqəza zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






