Azərbaycanda rektora papaq atdılar - FOTO
Kateqoriya məlum deyil
Bakı Ali Neft Məktəbinin əməkdaşı maraqlı addım atıb.
Sfera.az xəbər verir ki, o, rektorun qapısına papaq ataraq pay gözləyib. Bu barədə ali təhsil müəssisəsinin rektoru Elmar Qasımov paylaşım edib.
O bildirib ki, əməkdaşın bu addımı uşaqlıq illərini yada salıb. Rektor həmçinin izləyicilərini İlaxır çərşənbəsi münasibətilə təbrik edib, koronasız həyat arzu edib.

Türkan
Sfera.az






