Logo

Azərbaycanlının qatili Ermənistana təhvil verildi

Azərbaycanlının qatili Ermənistana təhvil verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyada azərbaycanlının qətlinə görə azadlıqdan məhrum edilmiş Arman Arakelyan dünən Ermənistana təhvil verilib.

Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Artur Daşyan bildirib.

O qeyd edib ki, bununla bağlı işlər uzun müddətdir görülürdü. Arman Arakelyanın ekstradisiyası koronavirus məhdudiyyətləri, İkinci Qarabağ müharibəsi və digər səbəblərə görə təxirə salınıb. Qatil cəzasının qalan hissəsini vətənində çəkəcək.

Cinayətkar cəzasının 6 ilini Rusiyanın Murmansk şəhərindəki həbsxanada çəkib.

Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkumun oğlu və qohumları onun ekstradisiyası tələbi ilə Ermənistanın hökumət binası qarşısında aksiya keçiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR