Universitetin əməkdaşı koronavirusdan öldü
Kateqoriya məlum deyil
Azərbaycan Texniki Universitetinin əməkdaşı Rəna Kərimova 58 yaşında koronavirusdan vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Qeyd edək ki, Rəna Kərimova Avtomatika və idarəetmə kafedrasının əməkdaşıdır. O, 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.






