Logo

Soyuq hava şəraiti ilə əlaqədar çadırlar qurulacaq? - BŞİH-dən AÇIQLAMA

Soyuq hava şəraiti ilə əlaqədar çadırlar qurulacaq? - BŞİH-dən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi dünəndən davam edən dəyişkən hava şəraiti martın 13-də də gözlənilir. Belə ki, Bakıda və Abşeron yarımadasında bu gün axşam saatlarından şaxta olacağı, sabah da arabir qar yağacağı bildirilib.

Xatırlatma üçün qeyd edək ki, fevralın sonunda Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılmışdı.

Maraqlıdır, yenidən həmin sığınacaqlar, çadırlar quraşdırılacaq?

Mövcud məsələ ilə bağlı Bakı Şəhər İcra Hakmiyyətindən Sfera.az-ın sorğusuna cavab olaraq bu barədə məlumatın olmadığı bildirilib:

"Sığınacaqların qurulması Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilir. Hələ ki, sığınacaqların qurulması ilə bağlı bizdə məlumat yoxdur", - deyə qurum rəsmisi qeyd edib.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR