Rusiyanın məşhur telekanalı azərbaycanlı gəncin biznes uğurundan süjet hazırlayıb - VİDEO
Sfera.az xəbər verir ki, Rusiyanın "Pervıy Kanal” televiziyasının "Dobroye utro” proqramında məktəblilər üçün "SberZ”akseleratorunun iştirakçısı 16 yaşlı azərbaycanlı Əsəd Qurbanzadədən söz açılıb.
Aparıcıların sözlərinə görə, azərbaycanlı gənc akseleratora artıq hazır biznesi ilə gələrək inamla öz ideyasını həyata keçirib. Əsəd iki maraq sahəsini bir araya gətirib - video oyunlarla proqramlaşdırmanı bir-biri ilə uzlaşdıraraq bu haqda çat bota yazıb və oynamağı öyrənmək istəyənlər üçün forum yaradıb.
Əsəd "Dobroye utro” proqramına verdiyi müsahibədə bildirib ki, ”vaxtımı oyuna həsr etməkdənsə, digər oyunçulara oynamağı öyrədirdim. Platformanı da elə bu məqsədlə yaratdım. Məqsədim insanların müstəqil şəkildə oynamağı öyrənməyinə və oyunun ortasında heç kəsdən kömək istəmədən rahat oynamağına yardımçı olmaqdır”.
Aparıcılar qeyd edib ki, "SberZ”-də video oyunları ciddiyə almayanlarla razılaşmırlar və Əsədin yaratdığı platformaya maraq bunun əyani sübutudur. Belə ki, akseleratordan sonra Əsədin platformasında 30 mindən artıq insan qeydiyyatdan keçib və məktəblinin artıq yeni ideyaları var. O yenidən akseleratora gəlməyə hazırlaşır.
Selcan
Sfera.az






