MN psixoloqları şəhid ailələrini ziyarət etdi
Kateqoriya məlum deyil
Müdafiə Nazirliyinin mütəxəssis-psixoloqları və yerli icra hakimiyyəti nümayəndələri Vətən müharibəsi zamanı şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərini ziyarət edirlər.
Nazirliyin mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, ziyarət zamanı ailələrin sosial problemləri öyrənilir və onlara psixoloji dəstək fəaliyyəti həyata keçirilir.
Psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxslər müəyyənləşdirilərək onlara bu istiqamətdə müvafiq yardım göstərilməsi işi davam etdirilir.






