"Baku Electronics"in şöbə müdiri dələduzluqda ittiham olunur
Kateqoriya məlum deyil
"Baku Elektronics" Məhdud Məsuliyyətli Cəmiyyətin şöbə müdiri dələduzluqda ittiham olunur.
Sfera.az qafqazinfo-ya istinadən bildirir ki, o, öz müdiri tərəfindən ittiham edilir.
"Baku Electronics" MMC-nin direktoru Majid Naxjavani RPİ-yə müraciət edərək bildirib ki, 2015-ci il ərzində şirkətin Biznesin İnkişafı Departamentinin Topdan Satış Şöbəsinn rəisi, 1984-cü il təvəllüdlü Yaşar Bağırov MMC-yə məxsus 61 787 manat dəyərində hədiyyə kartlarını satıb, pulu şirkətə ödəməyib.
Binəqədi RPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır.






