Logo

Metronun yeni stansiyası 2018-ci ildə açılacaq

Metronun yeni stansiyası 2018-ci ildə açılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakı Metropoliteni”nin yeni B-3 adlandırılan stansiyası 2018-ci ildə istifadəyə veriləcək.

Bu barədə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib.

Onun sözlərinə görə, "Bənövşəyi xətt” üzrə növbəti stansiyanın tikintisi davam etdirilir.

Qurum rəsmisi bildirib ki, hazırda həmin xətt üzrə inşa edilən, hələlik B-3 adlandırılan stansiya Cəlil Məmmədquluzadə küçəsində, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının qarşısındakı stansiyadır:

"Yeni stansiya "Avtovağzal” və "Memar Əcəmi” stansiyalarının hərəkət etdiyi "Bənövşəyi xətt”in davamıdır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR