Bakıda COVID-19-a yoluxma ən çox bu rayonda oldu
Kateqoriya məlum deyil
Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi məlum olub.
Paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, bu rəqəm Binəqədidə 15% təşkil edir.
Sonrakı yerlərdə 13,1%-lə Xətai, 12,1%-lə Yasamal, 10,8%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,8%-lə Nəsimi, 7%-lə Nizami, 6,9%-lə Xəzər, 5,2%-lə Qaradağ, 5,1%-lə Səbail, 0,5 % ilə Pirallahı qərarlaşıb.






