Logo

Quş qripi ilə əlaqədar quş əti satışı qadağan edilib? - DİN-dən RƏSMİ AÇIQLAMA

Quş qripi ilə əlaqədar quş əti satışı qadağan edilib? - DİN-dən RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sosial şəbəkələrdə İmişli rayonunda polisin qeyri-rəsmi göstərişlə quş əti və digər quşçuluq məhsullarının satışını dayandırması ilə bağlı məlumatlar yayılıb.

Sfera.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətindən "report”un sorğusuna cavab olaraq bildirilib ki, quş qripi ilə əlaqədar rayonda quş əti və digər quşçuluq məhsullarının satışı ilə bağlı məhdudiyyət tətbiq olunmur.

Yalnız mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsulların nəzərdə tutulmayan yerlərdə satışına icazə verilmir:

"Tövsiyə edirik ki, quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan şəxslər quş qripi xəstəliyi ilə əlaqədar diqqətli və məsuliyyətli olsunlar, mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR