Karantin qaydalarını pozan otel barədə DİN-dən AÇIQLAMA
Kateqoriya məlum deyil
Sosial şəbəkələrdə paytaxtın Səbail rayonunda yerləşən otellərdən birində xüsusi karantin rejiminin pozulması ilə bağlı yayılan görüntülər arşadırılıb.
DİN Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, tədbirin keçirildiyi gün polis əməkdaşları həmin ünvana yaxınlaşaraq orada keçirilən tədbirin konfrans xarakterli olması və sosial məsafə ilə bağlı tələblərə əməl edilməsi müəyyən edilib:
"Konfrans pandemiya şəraitində qanunla nəzərdə tutulan normalar çərçivəsində təşkil olunub, yalnız səhnədə çıxış edən şəxslər tibbi maskadan istifadə etməyiblər".






