Logo

Sosial media ekspertindən ClubHouse-la bağlı maraqlı paylaşım

Sosial media ekspertindən ClubHouse-la bağlı maraqlı paylaşım
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"”Clubhouse”da keçirdiyim bir müddətdən sonra bəzi qənaətlərə gəlmişəm. Əvvəla, nə yaxşı ki "İnstagram”da çox izlənən bəzi insanlar bu günə kimi yalnız yazı və şəkillərlə özlərini ifadə edirlərmiş. Bəzi insanlar danışdıqca hər şey aydın olur və dayazlıq özünü bəlli etdirir”.

Sfera.az xəbər verir ki, bunu M.Vəkilli deyib. O, subyektiv fikirlərini bölüşərək bildirib ki, "Clubhouse”da iki növ axmaq insanın mövcud olduğunu kəşf edib: "Birinci növün axmaq olduğu bəllidir və elə ona görə də cəmiyyət üçün o qədər də təhlükəli deyil. İkinci növ – axmaqdır, amma yarımçıq təhsilli. Bir-iki xarici dil bilən, həyatı  boyu 15-20 - dən az kitab oxumuş, sosial mediadan yüksək qabiliyyətlə istifadə edən və orda özünə ikinci həyat tapmış, dolayısıyla həyatının dönüş nöqtəsi sosial media olan və özgüvəni yüksək, iddialı, özünü fikir sahibi və cəmiyyətdə azsaylı düşüncə mərkəzlərindən biri kimi qəbul etdirmiş birisi, kütlə üçün ən təhlükəli olanıdır. Çünki cəmiyyətin elmi yaxud şəxsi təkamül trayektoriyasını bulandırmaqla məşğuldurlar”.
 
Ekspert qeyd edib ki, həmin şəxslərin doğru bildikləri şeylər də var: "Həmçinin də doğru hesab etdikləri dəyərlər də möhkəm etik təməllərə köklənib. Lakin şəxsi savadsız improvizasiyaları hər şeyi bulandırır, digər sosial kapital mühəndislərinin də işini çətinləşdirir. Onları dinləyən, izləyən kütlələr yarımçıq həqiqət əldə edib boş improvizasiyalarda boğularaq daha da kütləşirlər. Məsələn: "Əziz izləyicilərim cəsarətli olun, müasir dünyamızda belədir, elədir” və.s Niyə? Hansı əsasda? Niyə sən ümimiyyətlə özünü epoxalar arası körpü kimi görürsən? Bu, çox ciddi müdriklik iddiasıdır.
 
Bəzən fikirləşirəm, Nəsiminin, Sokratın, Dekartın, Nitsşenin belə bu qədər ürkərək ehtiyatlı yanaşdığı, səsləndirməyə çəkindikləri, şübhələndikləri sosial, dini, cinsi, irqi kimi bütün məsələlərdə sən necə bu qədər əminliklə danışa , fikirlər, iddialar, yanaşmalar irəli sürə bilərsən axı? İnsanları əsassız informasiya yarğanına necə rahatlıqla sürükləyə bilərsən axı? Bir kütləni necə belə rahatlıqla öz eqonun qurbanına çevirirsən? Amma sonra yenidən düşünürəm görəsən özünün xəbəri varmı bundan? Qısacası, əla kontent var, amma qəti kontekst yoxdur. Lakin bundan xəbərləri də yoxdur, nə danışanın, nə də dinləyənin. Şair yaxşı deyib, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR