Logo

İsmayıllı məktəblilərinin təhsil şəraiti yaxşılaşdırıldı - FOTOLAR

İsmayıllı məktəblilərinin təhsil şəraiti yaxşılaşdırıldı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsmayıllı məktəblilərinin təhsil şəraiti yaxşılaşdırılıb.

Sfera.az bildirir ki, rayon rəhbəri yeni tikilən məktəb binasına baxış keçirib. Həmin məktəbdə yaradılmış müasir şəraitlə yaxından tanış olub. Şagirdlərin bilik və bacarıqlarını daha da təkminləşdirilmələri üçün məktəb binasında akt zalı, fənn kabinetləri, kompyuter otaqları, laboratoriyalarla yanaşı idman zalı, yeməkxana, eləcə də idmanın müxtəlif növləri üzrə açıq meydançalar inşa edilib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı rayonunda Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin 360 yerlik qəzalı binası sökülərək, şəhərdə şagird sıxlığı nəzərə alınaraq 3 mərtəbəli 720 yerlik bina inşa olunub. Yeni məktəbin yaxın zamanlarda istifadəyə veriləcəyi nəzərdə tutulub.

"Hər birimizə məlumdur ki, İsmayıllı rayonunda da tikilən yeni məktəb binaları, onların əsaslı təmiri, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi həmçinin müasir standartlara uyğunlaşdırılması ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir", - deyə bildirilib.

İsmayıllı məktəblilərinin təhsil şəraiti yaxşılaşdırıldı - FOTOLAR
İsmayıllı məktəblilərinin təhsil şəraiti yaxşılaşdırıldı - FOTOLAR
İsmayıllı məktəblilərinin təhsil şəraiti yaxşılaşdırıldı - FOTOLAR
İsmayıllı məktəblilərinin təhsil şəraiti yaxşılaşdırıldı - FOTOLAR
İsmayıllı məktəblilərinin təhsil şəraiti yaxşılaşdırıldı - FOTOLAR
İsmayıllı məktəblilərinin təhsil şəraiti yaxşılaşdırıldı - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR