“Günəşli” quyularından birində yanğın söndürüldü

“Günəşli” quyularından birində yanğın söndürüldü

“Günəşli” yatağındakı 10 saylı özüldəki qaz quyularından birində də yanğın söndürülüb.

Sfera.az SOCAR-ın saytına istinadən xəbər verir ki, “Günəşli” neft yatağında yerləşən 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, ərazidən kənarlaşdırılması, eləcə də fontana qarşı mübarizə qrupunun quyular ətrafında sərbəst işləməsi üçün müvafiq strukturlar tərəfindən fasiləsiz tədbirlər həyata keçirilib. Yararsız vəziyyətə düşmüş quyuağzı avadanlıqlar kəsilərək çıxarılıb, yeni avadanlıqlar quraşdırıldıqdan sonra platformanın üzərindən quraşdırılmış aqreqatlar vasitəsi ilə sözügedən quyuya su vurulub.


OXŞAR XƏBƏRLƏR