Logo

Əli Əsədov iclas keçirdi

Əli Əsədov iclas keçirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baş nazir Əli Əsədovun sədrliyi ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq "2021-2025-ci illərdə  sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən Sfera.az-a məlumat verilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış Sərəncamda Hökumətə  "2021-2025-ci illər üzrə Sosial-iqtisadi inkişaf strategiyası"nın hazırlanması ilə bağlı verilmiş müvafiq tapşırıqlar, habelə yaradılmış Komissiyanın 10 alt işçi qrupunun fəaliyyət istiqamətləri, iş planları və onun koordinasiyası, hesabatlıq və təşkilati məsələlər müzakirə olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR