Ermənilərə Cəbrayıl və Füzulidə meyit axtarmağa icazə verildi
Kateqoriya məlum deyil
Ermənistanın axtarış qruplarına işğaldan azad olunmuş torpaqlarda meyit axtarışına icazə verilib.
Ermənistan KİV-i xəbər verir ki, sonuncu dəfə belə axtarışlar fevralın 15-də aparılmışdı.
4 axtarış qrupunun Xocavənd rayonu, həmçinin, Füzuli və Cəbrayıl rayonları istiqamətində axtarışlar apardığı məlumdur.
Ermənistanın axtarış qrupları indiyə kimi Qarabağ ərazisindən 1485 cəsəd tapıb.
(modern.az)






