Logo

Deputatdan ağır xəstəliyə düçar olan qızcığazla bağlı TƏSİRLİ PAYLAŞIM

Deputatdan ağır xəstəliyə düçar olan qızcığazla bağlı TƏSİRLİ PAYLAŞIM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış deputatı Şahin Seyidzadə şəxsi facebook səhifəsində ağır xəstəliyə düçar olan körpə Baharla bağlı təsirli status paylaşıb.

Sfera.az millət vəkilinin qızcığaz haqda yazdıqlarını olduğu kimi təqdim edir:

"Baharın ilk yaşı.

Bu balaca qızın adı Bahardır. Hacıqabul rayonunda yaşayır. Onunla qiyabi tanışlığımız qızcığaz 6 aylıq olarkən baş verdi.

Azərbaycan Respublikasının Milli Məclisində təmsil etdiyim #Abşeron rayonunun #Hökməli qəsəbə sakini  Cavid Taglyevin üzvü olduğu "Sən də 10 AZN ianə et" komandası vasitəsi ilə balaca Baharı tanıdıq.

Baharın ürəyində ciddi problem vardı. Qısa müddətdə əməliyyat edilməsi onun yenidən doğulması demək idi. Çətin əməliyyatın baş tutması üçün komanda rəhbəri Ceyhun Haşımov və Cavid bəy ünvanıma müraciət etmişdilər.

Artıq hər kəs Bahar üçün səfərbər olmuşdu. Müvafiq olaraq tərəfimdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət ünvanlandı. Körpənin əməliyyatı üçün lazım olan məhdud saylı ürək cihazlarından biri klinikaya çatdırıldı və balaca Bahar əməliyyata girdi.

Deputatdan ağır xəstəliyə düçar olan qızcığazla bağlı TƏSİRLİ PAYLAŞIM

Baharın 1 yaşı tamam oldu. Bu münasibətlə onunla görüşüb, əyani tanış olduq.

Baharın yenidən həyata qayıtmasında təşəbbüskar komandanın rəhbəri Ceyhun Haşımov, fəal üzvü Cavid Tağıyev başda olmaqla, bütün komandanın böyük əməyi var. Bu və bunun kimi xeyirxah işlərdə fəallıq göstərən "Sən də 10 AZN ianə et" rəhbərliyi və komanda üzvlərinə, eyni zamanda Baharın sağlamlığının geri qazanılmasında dəstək göstərən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi rəhbərliyinə xüsusi təşəkkürümü bildirirəm!”

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR