Logo

Doğuşdan Ərdoğana hədiyyə - FOTO

Doğuşdan Ərdoğana hədiyyə - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Doğuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, prezidentin dəvəti ilə Atatürk Hava Limanına yollanan müğənni Doğuş yeni albomu “Aklında bulunsun”u ona hədiyyə edib. R.T.Ərdoğan ifaçıya “Albomun xeyirli olsun, ona qulaq asacağam” deyib. Prezident daha sonra Ankaraya yola düşüb. Doğuş isə ölkə başçısı ilə görüşü barədə bunları deyib: “Cənab prezidentimizi mən hələ bələdiyyə sədri olandan tanıyıram. 1997-ci ildə marafon qaçışında məni təltif etmişdi. Qəlbən və hələ çoxdan onun yanındayam. Onu çox sevirəm. O da kimin onu nə qədər sevdiyini və nə üçün yanında olduğunu bilir. O, dünya lideridir, bizim hər şeyimizdir. Rəbbim ona uğurlarının davamını qismət etsin. Xatırladaq ki, Doğuşun karyerası boyunca 18-ci albomu olan “Aklında bulunsun”da 11 mahnı yer alır. O, albomunda qaradənizli olan Ərdoğana da mahnı həsr etdiyini deyib. Qeyd edək ki, Doğuş azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşıdır. Doğuşdan Ərdoğana hədiyyə - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR