Logo

Heydər Əliyev Fondu Zaur Rəşidovun əməliyyat xərcini ödəyəcək - FOTO

Heydər Əliyev Fondu Zaur Rəşidovun əməliyyat xərcini ödəyəcək - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mehriban Əliyevanın təşəbbüsü ilə.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Almaniyada təcili əməliyyata ehtiyacı olan Zaur Rəşidovun müalicəsi ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.

Sfera.az  xəbər verir ki, bu məlumatı Trend-ə Fonddan təsdiqləyiblər.

30 yaşlı Zaura “osteoblastoma” diaqnozu qoyulub. O, 2006-cı ildən 5 əməliyyat keçirib, lakin xəstəlikdən xilas ola bilməyib. 

Zaurun müalicəsi və tam sağalması üçün təcili və çətin əməliyyata ehtiyacı var. Bu əməliyyat isə Almaniyada həyata keçirilə bilər. 

Sosial şəbəkələrdə onun müalicə xərclərinin ödənilməsi üçün vəsait toplanması məqsədilə qrup da yaradılmışdı.Heydər Əliyev Fondu Zaur Rəşidovun əməliyyat xərcini ödəyəcək - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR