Qarda yıxılaraq xəsarət alanların sayı 64-ə çatdı
Kateqoriya məlum deyil
Fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər (35 kişi, 29 qadın) hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Sfera.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bildirilib ki, yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.






