Logo

Şəhid Xəyyam Daşdəmirovun doğum günüdür - FOTOLAR

Şəhid Xəyyam Daşdəmirovun doğum günüdür - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

22 fevral 2002-ci ildə Balik kəndində dünyaya gələn 12 iyul 2020-ci il tarixində Tovuz döyüşləri zamanı şəhid olan Xəyyam Daşdəmirovun məzarı ziyarət olunaraq yad edilib. Yaşasaydı şəhidimizin 19 yaşı tamam olacaqdı.

Sfera.az bildirir ki, Müdafiə Nazirliyinin rəsmisi, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, Karyera mərkəzinin əməkdaşları, I-II Qarabağ müharibəsi qaziləri və rayonun ictimai fəalları şəhidin doğulduğu kənddə olub, şəhidimizin ailə üzvləri ilə birlikdə mövcud pandemiya qaydaları gözlənilməklə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edilib, ruhuna dualar oxunmuşdur.

Müdafiə Nazirliyinin rəsmisi Abdulla Qurbani şəhidin ailəsinə onun rəsmi həkk olunmuş xalça hədiyyə edib.

Şəhidin oxuduğu Balik kənd ümumi orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən İsmayıllı rayon İcra Hakimiyyəti şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşır. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, əziz xatirələri dərin ehtiramla yad edilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR