Logo

Bakıda liseydə bədbəxt hadisə

Bakıda liseydə bədbəxt hadisə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Mayın 17-də Texniki-Humanitar liseydə bədbəxt hadisə baş verib.

BiG.AZ xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən azvision.az-a verilən məlumata görə, 6-cı sinif şagirdi Emil Kərimxanov liseyin 3-cü mərtəbəsindən yıxılıb.

İlkin məlumata görə, şagird tənəffüs zamanı liseyin 3-cü mərtəbəsinin pəncərəsindən məlum olmayan səbəbdən aşağı düşüb.

İdarədən onu da bildiriblər ki, hadisə zamanı əraziyə təcili tibbi yardım çağırılıb, şagirdə yardım göstərilərək 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilb.

Hazırda Emil Kərimxanovun vəziyyəti qənaətbəxşdir.

Hadisənin təfərrüatları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində araşdırma aparılır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR