Xose Bernardonu öldürmək istəyən şəxs yenidən hakim qarşısında
Sfera.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası fevralın 25-nə təyin edilib.
Qeyd edək ki, A.Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2019-cu ilin noyabr ayında Pirallahı rayonu, Xanlar 29 ünvanında baş verib. İttihama görə, Abutalıb Hüseynov 1989-cu il təvəllüdlü Xose Bernardo və onun qardaşı, 1988-ci il təvəllüdlü Rafael Hüseynovu mübahisə zəminində bıçaqlayıb.
Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən əvvəllər məhkum olunmuş Abutalıb Hüseynov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında aparıcılıq edib.






