Logo

Ermənistanın II Qarabağ müharibəsindəki itkilərinin yeni sayı AÇIQLANDI

Ermənistanın II Qarabağ müharibəsindəki itkilərinin yeni sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistan ordusunun 44 günlük döyüşlərdə ölən hərbçilərinin meyitlərinin məhkəmə-tibbi ekspertizasının aparılması davam edir.

Sfera.az "Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3 577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. Onların 2 364-nün adları açıqlanıb. Noyabrın 13-dən fevralın 17-dək Qarabağda aparılan axtarış nəticəsində 1 485 nəfərin meyiti tapılıb.

Məlumata görə, fevralın 13-dən 428 nümunə DNT analizindən keçmə mərhələsindədir.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Tiqran Avinyan 44 günlük döyüşlərdə ölən Ermənistan hərbçilərinin sayının 4 mindən çox olmadığını bildirmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR