Ötən il ölkədə neçə ölüm qeydə alınıb?
Kateqoriya məlum deyil
Ötən il Azərbaycanda 75 647 ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə düşən ölüm səviyyəsi 7,6 təşkil edib.
Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ölənlərin 2006 nəfəri (2,7 faizi) 0-17 yaşda, 9510 nəfəri (12,6 faizi) 18-49 yaşda, 20653 nəfəri (27,3 faizi) 50-64 yaşda, 43478 nəfəri (57,4 faizi) isə 65 və yuxarı yaşda olub.






