Logo

850 abonent qazsız qaldı - Səbəb

850 abonent qazsız qaldı - Səbəb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fevralın 16-sı axşam saatlarında Qusar rayonunun N.Həbibov, Tolstoy və daha bir neçə küçəsini, eləcə də Mərkəzi Xəstəxananı təbii qazla təmin edən, diametri 159 mm olan qaz xəttinin üzərinə minik avtomobili aşıb. Nəticədə 850 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. 

Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib.

Onun sözlərinə görə, hadisə yerində araşdırma aparılır və müvafiq prosedurlar icra olunur. Fevralın 17-də səhər saatlarında qaz təchizatı bərpa olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR