Logo

Azərbaycanda hava pisləşəcək – XƏBƏRDARLIQ

Azərbaycanda hava pisləşəcək – XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 19-u günün ikinci yarısından 21-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun mayın 20-də  4-7 dərəcə enəcəyi gözlənilir.

Mayın 18-i axşam şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

Havanın temperaturu mayın 20-də 5-8 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR