Logo

Şəhidimizin dəfn mərasimi keçirilir- FOTOLAR

Şəhidimizin dəfn mərasimi keçirilir- FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid Tahirli Natiq Namiq oğlunun Lerikdə dəfn mərasimi keçirilir.

BiG.AZ-ın məlumatına görə, Tahirli Natiq 1997-ci il təvvəllüdlüdür. O, Bakının Nizami rayonunda anadan olub, atası Lerikin Almı kəndindən olduğu üçün şəhid orada dəfn olunur. 

Natiq 7 ay öncə hərbi xidmətə gedib. O, Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də başından snayper gülləsi alması nəticəsində həlak olub. Natiq Goranboyun Tapqaraqoyunlu kəndində xidmət edib. O, aprel döyüşlərində də qəhrəmanlıq göstərib və buna görə tərifnamə də alıb. 

Şəhid ailənin ilki olub. Onun özündən balaca daha iki qardaşı var. Natiqin ailəsindən verilən məlumata görə, o, həmişə hərbçi olmaq istəyib, hətta hərbi xidməti başa vurduqdan sonra da xidmətini orduda davam etdirmək istəyib./anspress/
Şəhidimizin dəfn mərasimi keçirilir- FOTOLAR
Şəhidimizin dəfn mərasimi keçirilir- FOTOLAR
Şəhidimizin dəfn mərasimi keçirilir- FOTOLAR
Şəhidimizin dəfn mərasimi keçirilir- FOTOLAR
Şəhidimizin dəfn mərasimi keçirilir- FOTOLAR
Şəhidimizin dəfn mərasimi keçirilir- FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR