Azərbaycanlı BMT-də yüksək vəzifəyə seçildi
Kateqoriya məlum deyil
Azərbaycanlı beynəlxalq komitəyə vitse-sədr seçilib.
Sfera.az xəbər verir ki, Elgün Səfərov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) vitse-sədri (Vice-Chairperson) seçilib.
İlk dəfədir ki, azərbaycanlı sözügedən komitəyə vitse-sədr seçilir.
Qeyd edək ki, E.Səfərov hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri olaraq çalışır.
(oxu.az)






