Logo

Dövlət katibi George Leukanın Azərbaycan Respublikasının səfiri Qudsi Osmanovla görüşü

Dövlət katibi George Leukanın Azərbaycan Respublikasının səfiri Qudsi Osmanovla görüşü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Moldovanın Dövlət katibi George Leuka Azərbaycan Respublikasının Moldovadakı səfiri Qudsi Osmanovu qəbul edib.

Sfera.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında siyasi, sosial, iqtisadi və ticarət sahələrdə, eləcə də çoxtərəfli formatda qarşılıqlı əlaqələrə dair mövzular müzakirə edilib.

Rəsmilər tərəfindən ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif səviyyələrdə siyasi dialoqun intensivləşdirilməsi, nazirliklərarası məsləhətləşmələr və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti ilə bağlı məsələlərə toxunulub.

Hər iki ölkəni maraqlandıran mövzularda, xüsusilə Birləşmiş Millətlər Təşkilatının (BMT) seçkili orqanlarına keçirilən səsvermədə qarşılıqlı dəstək daxil olmaqla regional və beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq barədə məlumat və fikir mübadiləsi aparılıb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR