Logo

Fizuli Salahov AHM-in Vətən müharibəsində neçə şəhid verdiyini AÇIQLADI

Fizuli Salahov AHM-in Vətən müharibəsində neçə şəhid verdiyini AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Vətən müharibəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllim-zabit, komandir heyəti ilə yanaşı 4-cü kursda təhsil alan kursantlara da kiçik leytenant hərbi rütbəsi verilərək döyüşlərdə iştirak ediblər.

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Fizuli Salahov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan qələbədə iştirak edən məktəbin 600 nəfərə yaxın hərbi qulluqçusundan 10 nəfəri şəhid olub, 23 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb:

"Şəhid olanlardan 5-i zabit müəllimlər, 5-i isə 4-cü kursdan müharibəyə göndərilən kiçik leytenantlardır. Şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu ən yüksək "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR