Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
Kateqoriya məlum deyil
Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.
Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Azər Ələkbərov təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Gəncə DYP-də tağım komandiri vəzifəsində çalışıb.
(unikal.org)






